Qızılı alaq, yoxsa sataq? - Ekspertlərin məsləhəti
10:25 SosialSon günlər qızıl ucuzlaşandan sonra yenidən bahalaşıb. Bu vəziyyət həm alıcıları, həm də satıcıları çətin vəziyyətdə qoyub. Bəzi insanlar isə qiymətlərin yüksək olmasına görə qızıllarını satmaq istəyirlər.
Bəs hazırda bazarda vəziyyət necədir?
Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, hazırda qızıl alandan çox qızılını satmaq istəyənlər var:
"Müştərilər günün məzənnəsinə baxaraq qızılı satmaq qərarına gəlirlər. Amma elə müştəri də var ki, onlar gözləyir ki, qiymət daha da artsın".
Qızılın qiymətinin daha da artması gözləniləndir?
Məsələ ilə bağlı iqtisadçı ekspert Eyyub Kərimli bildirib ki, dünyada kriptovalyutalar düşməyə davam edir:
"Bu da qızılın qiymətini artıran səbəblərdəndir. Buna görə də qızılın qiymətində yenə artım müşahidə oluna bilər. Bəzi dünya bankları qızılın qiymətinin 6000 dollara qədər yüksələcəyini proqnozlaşdırırlar".
Bəs hazırda qızıl satmaq istəyənlər gözləsin ya satış üçün tam zamanıdır?
Ekspert bildirib ki, qızılın qiymətində artımlar müşahidə olunacağı təxmin edildiyi üçün vətəndaşların da bir az gözləməsi məqsədəuyğun olardı.
Qeyd edək ki, hazırda 750 əyarlı qızıl 240 AZN, 585 əyarlı qızıl 180 AZN, 582 əyarlı qızıl isə 160 AZN təşkil edir.