“Heydər Əliyev irsinin tarixi və gələcək izləri”- TAİB-in ofisində tədbir keçirilib

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Türk Ağsaqqalları İctimai Birliyi və Qərbi Azərbaycan icmasının təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş qrant müsabiqəsi çərçivəsində icra olunan "Heydər Əliyev irsinin tarixi və gələcək izləri" adlı tədbir keçirilib.
TAİB GT-nin sədr müavini Müşfiq Nəsirli Mikayıl oğlunun təşəbbüsü ilə həyata keçirilən tədbirdə Gənclər Fondunun əməkdaşı Bənövşə Qasımova, "Türk Ağsaqqalları arasında əlaqələrin inkişafı" ictimai birliyinin sədr müavini Eyvaz Hümbətov, TAİB-in Qadınlar Şurasının sədri Güllü Yoloğlu və təşkilatın İdarə Heyətinin üzvləri, Xalq artisti, "Şöhrət" ordenli Niyaməddin Musayev, Əməkdar jurnalist, pedaqoq, "Azad Azərbaycan" teleradio şirkətinin bədii şura sədri, Professor Etibar Babayev, Ümummilli Lider Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov, tanınmış yazıçı, Koreya Şərq Təbabati Klinikasının baş həkimi, Nəsimi rayonu Ağbirçəklər Cəmiyyətinin və "Modern Ailə və İnkişaf" İctimai birliyinin sədri Zərifə Quliyeva, biologiya elmləri üzrə fəlsəfə doktoru, rəssam Nigar Bağırova, AYNA-nın əməkdaşı, AZTU-nun müəllimi Xəqani Tağıyev, TAİB-in üzvü, elmlər doktoru Dilqəm Quliyev və professor İbadulla Ağayev iştirak edərək çıxış ediblər.
Tədbirdə Heydər Əliyevin irsini, onun həyat yolunu, dövlətçilik fəlsəfəsini birbaşa onun sirdaşlarından və canlı əfsanələrindən dinləmək imkanı qazanılıb. 
Tədbirdə fəal iştirakçılarına sertifikatlar təqdim olunub.
"Dendrologiya Bağı" publik hüquqi şəxsin "Ekologiya və İqlimləşdirmə" laboratoriyasının əməkdaşı Lalə Nəsirli də sertifikata layiq görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31