Deputatlarımız Sloveniyaya səfər edəcəklər
18:14 SosialMilli Məclisin Sloveniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ağalar Vəliyev və qrupun üzvü Heydər Əsədov fevralın 9-da Sloveniya Respublikasının Lyublyana şəhərinə səfər edəcəklər. "Olaylar xəbər verir ki, Sloveniya Milli Assambleyasının Azərbaycanla əlaqələr üzrə işçi qrupu rəhbərinin dəvəti əsasında baş tutacaq səfər çərçivəsində deputatlarımız bir sıra görüşlər keçirəcək və parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişafı barədə müzakirələr aparacaqlar.
Səfər fevralın 12-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31