Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunda seçiciləri ilə növbəti görüş keçirib.
Olaylar.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılovun da iştirak etdiyi görüşdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.











