Məhkəmələrin fəaliyyəti üzrə monitorinq aparılacaq
18:10 SosialMəhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması üzrə Plan (Plan) təsdiq edilib.
Trend-in məlumatına görə, bununla bağlı Ali Məhkəmənin sədri İnam Kərimov müvafiq qərar imzalayıb.
Qərara əsasən, monitorinq respublikanın bütün kommersiya məhkəmələrini və apellyasiya instansiyası məhkəmələrinin kommersiya kollegiyalarını əhatə etməklə, 2026-cı il aprel 1-dən 2027-ci il aprel 1-dək olan dövr ərzində həyata keçiriləcək.
Monitorinq məhkəmələrdən anket (cavablandırılması nəzərdə tutulan suallar toplusuna dair sorğu) məlumatlarının toplanılması və "Elektron məhkəmə" informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemin imkanlarından istifadə edilməsi üsulları vasitəsilə icra olunacaq.
Ali Məhkəmənin Aparatı Planın icrası ilə bağlı olaraq Kommersiya kollegiyası ilə razılaşdırılmaqla "Məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların müəyyən edildiyi sahədə məhkəmələrin fəaliyyətinin monitorinqinin aparılması Qaydası"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməlidir.