Azərbaycan və İndoneziya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev İndoneziya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Berlian Helminiilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və İndoneziya arasında ikitərəfli münasibətlərin inkişafı kontekstində səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.

Nazir qeyd edib ki, Azərbaycan ilə İndoneziya arasında mövcud dostluq və tərəfdaşlıq münasibətləri müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində uğurla inkişaf edir. Dövlətimizin başçısı Prezident İlham Əliyevin İndoneziya Prezidenti ilə Davos və Şarm Əl-Şeyx şəhərlərində baş tutmuş görüşləri xatırladılıb, bu təmasların ikitərəfli əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd edilib.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə səhiyyə sisteminin modernləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar, yeni tibb müəssisələrinin inşası və yüksək texnologiyalı tibbi xidmətlərin tətbiqi barədə məlumat verilib.
İndoneziya səfiri ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəsini qeyd edərək, səhiyyə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün səylər göstərəcəyini bildirib. O, İndoneziyanın əhali sağlamlığının qorunması təcrübələrini Azərbaycan tərəfi ilə bölüşməyə hazır olduğunu qeyd edib.
Görüşdə səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri və qarşılıqlı maraq doğuran təşəbbüslərin dəstəklənməsi ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər tibb təhsili, səhiyyə sisteminin idarə olunması, ictimai səhiyyə, əczaçılıq sənayesi, tibbi texnologiyalar və təcrübə mübadiləsi sahələrində birgə layihələrin həyata keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.

Azərbaycan və İndoneziya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)

Azərbaycan və İndoneziya arasında səhiyyə sahəsində əməkdaşlıq müzakirə olunub (FOTO)
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31