Azərbaycan dilinin saflığının qorunması hər bir dövlət qulluqçusunun məsuliyyətidir - Mədəniyyət naziri
12:41 SosialAzərbaycan dilinin saflığının qorunması, düzgün terminoloji yanaşmanın təmin olunması hər bir hüquqşünasın və dövlət qulluqçusunun məsuliyyətidir.
Olaylar.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli bu gün "LEGIS" Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, norma yaradıcılığı prosesində bir anlayışı ifadə edən müxtəlif terminlərin istifadəsi hüquqi qeyri-müəyyənlik yaradır. Buna görə də bu məsələlərdə həssaslıq göstərilməsi son dərəcə vacibdir.
"Azərbaycan dilinin zənginliyinin qorunması dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə hər birimizin mənəvi məsuliyyəti var. Mən bu sahədə hüquqşünaslarımızı daha fəal mövqe tutmağa və milli hüquqi terminologiyanın inkişafına töhfə verməyə çağırıram", - deyə nazir əlavə edib.