Onlara əlavə maaş ödənilməlidir

Məzuniyyətdə olan iş yoldaşını müvəqqəti əvəz edən işçilərin əlavə əməkhaqqı almaq hüququ var.

Əmək Məcəlləsinin 162-ci maddəsinə əsasən, əgər işçi əvəz etdiyi şəxsin vəzifə maaşı öz maaşından yüksəkdirsə, bu zaman həmin maaşlar arasındakı fərq işçiyə ödənilməlidir.

Əgər əvəz olunan şəxsin maaşı işçinin maaşına bərabərdirsə və ya ondan azdırsa, bu halda işçinin əməkhaqqına əlavə ödəniş edilir. Sözügedən əlavə ödənişin məbləği isə işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşma əsasında müəyyənləşdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31