Mediasiyada Qarşlıqlı Anlaşma və Hümanizim Prinsipləri - ÖZƏL
5 Fevral 10:34 SosialMediasiyada məhkəmə icraatından fərqli olaraq, tərəflərin öz tələblərini sübut etmə yükü yoxdur. Mediasiyaya müraciət edən şəxslər qarşlıqlı anlaşma yolu ilə və hümanizm prinsiplərini əsas tutaraq mübahisələrini məhkəməyə getmədən həll edə bilirlər. Mediasiya prosesləri mediatorun vasitəçiliyi ilə əsasən ailə münasibətlərindən irəli gələn işlərdə və əmək mübahisələrindən irəli gələn işlər üzrə uğurla həyata keçirilir. Razılaşmalar əsasında tərəflərin iştirakı ilə Barışıq sazişləri bağlanır. Mediasiya haqqında qanunun məqsədi də məhz tərəflər arasında olan mübahisəni tam və ya qismən həll edilməsini ehtiva edir.Bu da qanunun vətəndaşlara verdiyi böyük üstünlüklərdən xəbər verir,yəni qanun tərəflərə müstəqil,qarşılıqlı anlaşma və hümanizim prisiplərindən istifadə etməklə sərbəst qərar vermək şansı tanıyır.Bu hallar mübahisələrin məhkəmələrə daşınmasının,tərəflər arasında münaqişənin dərinləşməsinin qarşısını alır.Mediasiya proseslərimiz qapalıdır və konfıdensiallıq (məxfilik) qorunur.
Mediasiya haqqında Azərbaycan Respublikası qanununun 8.2-ci maddəsinə əsasən mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur.
Xüsusi ilə qeyd etmək istəyirəm ki,bağladığımız Barışıq Sazişlərinin böyük hissəsi məhkəmə təsdiqinə getmədən uğurla qısa müddətdə icra edilmişdir.Bu barədə Bakı 8 saylı Mediasiya təşkilatına işlərinə baxılmış şəxslər tərəfindən çoxsaylı təşəkkür zəngləri daxil olur.Təbii ki,mediasiya proseslərində mediatorlarımızın əziyyəti böyükdür. Mediator peşəsi həddindən artıq çətin və məsuliyyətlidir.
Hər bir mübahisənin və münaqişənin sonunun qarşılıqlı razılaşma və barışıq yolu ilə həll edilməsi Bakı 8 saylı Mediasiya təşkilatının peşəkar mediatorlarının əsas hədəfi və məqsədidir. Mübahisə və problemlərinizin həll edilməsini Bakı 8 saylı Mediasiya Təşkilatına etibar edin və birlikdə həll edək.
Bakı 8 saylı Medisiya Təşkilatının fəaliyyət göstərdiyi ünvan;Bakı şəhəri,H.Əliyev Prospekti 115,Sport Plaza (Arena Plaza,blok B,mərtəbə 11,otaq-1105),telefon:051-401-87-07.E-poçt:bakı[email protected]
Azad Rzayev
Hüquqşünas-Mediator