Plastik cərrahlarla bağlı 2 klinikada yoxlama aparılıb - Rəsmi

Plastik cərrahlar barədə yanvar ayı ərzində 2 şikayət daxil olub. Nəticədə 2 klinikada yoxlama aparılıb.

Bu barədə cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilir ki, ən çox rast gəlinən nöqsanlar lisenziya şərtləri üzrə (2 hal), həkimlərdə sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı (1 hal) müəyyən edilib.

"Bütün qanun pozuntuları ilə əlaqədar İXM-in müvafiq maddələri üzrə protokol tərtib edilərək, aidiyyəti üzrə icraata göndərilib", - qurumdan qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31