"Acıktım" restoranında dönərdən şüşə çıxdı - Müşətrinin dilini kəsdi
13:20 SosialPaytaxtda dönərxanaların birində xoşagəlməz hadisə baş verib. Vətəndaş "Acıktım" restoranında dönərin içindən çıxan şüşənin dilini kəsdiyini bildiriib.
Olaylar.az xəbər verir ki, müştərinin sözlərinə görə, hadisə Nərimanovda yerləşən Acıktım restoranında baş verib.
Müştəri iddia edir ki, hadisə ilə bağlı restoranı məlumatlandırsa da restoran bundan boyun qaçırıb.
Məsələ ilə bağlı restorandan bildirildi ki, belə bir halın baş verməsi mümkün deyil:
"Burda şüşə harda ola bilər ki? Hamısı qidalardı, şüşə əlaqəsizdir".
Sözügedən hadisə yerində AQTA-dan bildirildi ki, məsələ nəzarətə götürülüb. Araşdırma zamanı məlum olub ki, qida obyektində sanitar pozuntu qeydə alınıb. Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülərək inzibati protokol tərtib olunub.