“Nestle” uşaq qidalarında uyğunsuzluq aşkarlanmayıb

"Nestle" şirkətinə məxsus ölkəmizdə satışda olan uşaq qidalarında hər hansı uyğunsuzluq aşkarlanmayıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Olaylar"a daxil olan məlumata görə, istehsal prosesi zamanı bakteriya mənşəli çirklənmə ehtimalı ilə bağlı "Nestle" şirkətinin geri çağırdığı bəzi uşaq qidaları ölkəmizə idxal edilməyib. 
Bununla belə ehtiyat tədbiri olaraq, "Nestle" şirkətinin istehsal etdiyi ölkəmizdə satışda olan "Nestogen", "Pre Nan", "Nan Pro", "Nan Optipro", "Nan HA", "Nan laktozasız" və "Nan Komfort" əmtəə nişanlı məhsullardan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nümunələr götürülərək müayinələrə cəlb edilib. Sınaq nəticəsində hər hansı uyğunsuzluq aşkarlanmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31