Deputat aztəminatlı ailə üçün tikilən evin açılışında iştirak edib- ÖZƏL
17:14 SosialMilli Məclisin deputatı professor Fəzail İbrahimli Masallıda aztəminatlı ailə üçün inşa edilən yeni evin açılışında iştirak edib. "Olaylar" xəbər verir ki, Masallı rayonu İcra Hakimiyyəti və xeyriyyəçilərin dəstəyi ilə rayonda aztəminatlı ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə Masallı rayonu Meşəkənarı kəndində aztəminatlı ailələrdən biri üçün üç otaqlı yeni fərdi yaşayış evi inşa edilərək ailənin istifadəsinə verilib.
Açılış mərasimində Masallı rayonu İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, millət vəkilləri Anar İsgəndərli, Elman Nəsirov, Məhşur Məmmədov, Cavanşir Paşazadə, YAP Masallı rayonu təşkilatının sədri və digər rəsmilər iştirak ediblər. Dövlət rəsmiləri çıxışlarında bundan sonra da bu istiqamətdə ardıcıl işlərin həyata keçirilməsi üçün əhəmiyyətli addımlar atılmasının vacibliyini vurğulayıblar.