Hamının evində olan bu əşya xərçəng yaradır – DƏRHAL ATIN

Hər evdə istifadə edilən bəzi məişət əşyaları sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Mütəxəssislərin xəbərdarlığına görə, xüsusilə köhnə və cızılmış plastik qablar uzun müddət istifadə edildikdə orqanizm üçün riskli maddələr buraxa bilər.

Musavat.com xəbər verir ki, onkoloq və qida təhlükəsizliyi üzrə mütəxəssislər bildirir ki, isti yeməklərin və ya qaynar mayelərin plastik qabda saxlanması zamanı zərərli kimyəvi maddələr qidaya keçə bilər. Bu maddələr uzunmüddətli təsir nəticəsində hormon balansını poza, qaraciyər və mədə-bağırsaq sistemini yükləyə, bəzi hallarda isə xərçəng riskini artıra bilər.

Xüsusilə mikrodalğalı sobada plastik qabdan istifadə edilməsi riskin daha da yüksəlməsinə səbəb olur. Mütəxəssislər qeyd edir ki, BPA və oxşar maddələr bədəndə yığıldıqda illər sonra ciddi sağlamlıq problemləri ilə üzə çıxır.

Həkimlər tövsiyə edir ki, qida saxlanması üçün şüşə və ya paslanmayan metal qablar seçilsin, cızılmış, rəngi dəyişmiş və köhnə plastik qablar isə dərhal istifadədən çıxarılsın. Çünki təhlükə dərhal hiss olunmasa da, təsiri zamanla üzə çıxır.

Ekspertlərin fikrincə, evlərdə "zərərsiz" hesab edilən bu əşyalar uzun müddətdə səssiz təhlükəyə çevrilir. Bu səbəbdən hər kəs gündəlik istifadə etdiyi məişət əşyalarına daha diqqətlə yanaşmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31