Azərbaycan gəncliyi ölkənin sabahının təminatçısı kimi çıxış edir- ÖZƏL

"Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması isə dövlət strategiyasının ayrılmaz hissəsidir və Vətən müharibəsi dövründə gənclərin göstərdiyi qəhrəmanlıq bu siyasətin ən parlaq ifadəsinə çevrildi". "Olaylar" xəbər verir ki, bunu YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev deyib: "Ön cəbhədə döyüşən, arxa cəbhədə informasiya mübarizəsi aparan gənclər milli həmrəyliyin və dövlətə bağlılığın simvolu oldular. Prezident İlham Əliyevin çıxışlarında da vurğulandığı kimi, Zəfərin əsas yükünü məhz gənc nəsil daşıdı və onların illərlə aparılan məqsədyönlü tərbiyə nəticəsində formalaşmış vətənpərvərlik ruhu tarixi ədalətin bərpasına gətirib çıxardı. Bütün bu faktlar göstərir ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti ayrı-ayrı tədbirlərlə məhdudlaşmır, təhsil, innovasiya, məşğulluq, sosial fəallıq və milli-mənəvi dəyərləri vahid sistemdə birləşdirən kompleks inkişaf modelidir. Bu gün formalaşan savadlı, təşəbbüskar və müasir düşüncəli Azərbaycan gəncliyi isə ölkənin sabahının ən möhkəm təminatçısı kimi çıxış edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31