AYB-nin növbəti qurultayının tarixi açıqlandı

Azərbaycan Yazıçılar Birliyinin XIV qurultayı 2027-ci ildə keçiriləcək.

Bu barədə APA-ya Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, növbəti qurultay 2027-ci ilin yay-payız aylarında baş tutacaq:

"Əgər hazırlıq işlərini vaxtında yekunlaşdıra bilsək, ehtimal ki, qurultay yay aylarında keçiriləcək".

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayı 2022-ci ildə keçirilib.

Xatırladaq ki, hazırkı sədr Xalq yazıçısı Anar son qurultayda növbəti dəfə namizədliyini irəli sürməyəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31