Otuza yaxın şair-yazıçı AYB-dən çıxarıldı

Otuza yaxın üzv Azərbaycan Yazıçılar Birliyinin (AYB) sıralarından xaric edilib. APA   xəbər verir ki, bu barədə AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib.O qeyd edib ki, 2026-cı ilin fevralın 1-nə qədər üzvlük haqqı ödəməyənlərin Birlikdən xaric ediləcəkləri ilə bağlı xəbərdarlıq edilmişdi:"Xəbərdarlıqdan sonra 2020-ci ildən bəri üzvlük haqqını ödəməyən otuza yaxın şair-yazıçı AYB üzvlüyündən xaric edilib. Bu barədə həmən şəxslərə bildiriş göndəriləcək".Xəyal Rza 2020-ci ilə qədər olan üzvlük haqqı borclarının bir müddət əvvəl sıfırlandığını da vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31