Mediasiya Şurasının sədri Türkiyə səfiri ilə görüşüb

Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel və sədr müavini Nadir Adilov Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün tərəfindən qəbul edilib. "Olaylar" xəbər verir ki, görüş zamanı Türk Dünyası ölkələri arasında mediasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti, qarşılıqlı əlaqələrin gücləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər mediasiya sahəsində təcrübə mübadiləsinin genişləndirilməsinin və Türk Dünyası çərçivəsində birgə layihələrin əhəmiyyətini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31