Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 105 illiyi münasibətilə kitab sərgisi keçirilib
18:32 SosialAzərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 105 illiyi münasibətilə kitab sərgisi keçirilir.
Olaylar.az xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Sərginin açılışında kitabxananın direktoru Mübariz Məmmədli çıxış edərək dahi alimin həyat və elm sahəsindəki zəngin irsindən bəhs etmiş, onun dünya elminə verdiyi misilsiz töhfələri sərgi iştirakçılarının diqqətinə çatdırıb.
Kitab sərgisində Lütfi Zadənin fundamental elmi işlərinə, elmi məqalələrinə və dünyada tətbiq olunan nəzəriyyələrinə dair əsərlər nümayiş olunub.
Tədbirin məqsədi gənc tədqiqatçıları elmə cəlb etmək, Lütfi Zadənin təcrübə və nailiyyətlərini gələcək nəsillərə çatdırmaq və onun elmi irsini geniş ictimaiyyətə bir daha tanıtmaqdır.