İşbazlar indidən mənzillərin qiymətini artırırlar - S iyavuş Novruzov
12:49 Sosial"İnsanların kəndlərə, şəhərlərə qayıtması üçün qanunvericilikdə də, o cümlədən icrada da ciddi addımlar atmalıyıq. İlk növbədə onlara güzəştli kreditlərin verilməsi və bu sənədləşmə işinin xeyli sadələşdirilməlidir ki, insanlar yerlərdə xüsusilə, kəndlərdə güzəştli kreditlərdən bəhrələnə bilsinlər və bunun nəticəsində müəyyən iş yerlərinin açılmasına, sahibkara çevrilməsinə və bunun orada ciddi orta sahibkarlığın inkişafına dəstək versin". "Olaylar"xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Regionan məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədri onu da bildirib ki, fevral ayında ipoteka kreditlərinin veriləcək və indidən işbazlar və mənzil satanlar evlərin qiymətlərini artırırlar.
"Bilirlər ki, ipoteka kreditləri ilə insanlar evlər alacaqdır. Dövlət tərəfdən ipotekaya pul ayrılacaq. Və burada da mən hesab eləyirəm ki, kənd rayonlarının üstünlük təşkil etməsinə biz nəzarət etməliyik ki, kənd rayonlarında daha çox bu ipoteka verilsin. Xüsusilə kənddə dərs deyən müəllimlərə o güzəştlərlə təmin olunsunlar, onlar o ipotekadan istifadə eləyib mənzillərlə təmin olunsunlar.
Deputat qeyd edib ki, orta məktəblərdə imtahanlar həddindən artıq imtahanlar çoxdur: "Demək olar ki, məktəbdə uşaqlar ildə 4 dəfə imtahan verir. Hər dəfə bu imtahanlara hazırlıq gərgin olur. Elə olur ki, dərslər qalır qıraqda uşaqlar imtahanlara hazırlaşır. Hələ də bu məsələ sistemli hala salınmayıb. Bununla bağlı Elm və təhsil komitəsində dinləmə keçirilsə biz də iştirak edərdik. Uşaqlar idman dərslərində də, musiqi dərslərində də iştirak etməlidir".