"Azərbaycan Nəşriyyatı"nın köçürülməsinə başlanıldı
10:47 SosialDünəndən etibarən "Azərbaycan Nəşriyyatı" MMC-nin təmirə bağlanıb.
MMC-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, artıq redaksiyalar yüklərini daşımağa başlayıb.
Qeyd edək ki, Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu "Azərbaycan Nəşriyyatı" MMC-in yerləşdiyi binanın 9 mərtəbəli korpusunda vizual texniki baxış keçirib.
Baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkarlanıb.
Bundan əlavə, binadakı liftlərin texniki vəziyyəti qənaətbəxş deyil.
Bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir:
Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib.