“Boşandığımızı kim deyib?” - Murad

Aktyor Murad İsmayıl keçmiş həyat yoldaşı Ülviyyə Xalinbəyova ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, sənətçi bu barədə "Tarixin bir günü" verilişində danışıb.

O, şəxsi həyatı ilə bağlı səslənən söz-söhbətlərə aydınlıq gətirib:

"Bizim boşandığımızı kim söyləyib? Kim deyibsə, elə ondan da soruşsunlar. Şəxsi həyatım barədə suallara cavab verməyi sevmirəm. Ülviyyə xanımla birlikdə filmdə rol almışıq. Bu, mənim ilk komediya filmimdir. Uzun müddətdir ətrafımızda müxtəlif sözlər dolaşır və insanların da sualları yaranır. Bu səbəbdən məcbur qalıb açıqlama verdim. Biz düşmən deyilik, iki övladımız var. Digər mövzulara toxunmaq istəmirəm".

Qeyd edək ki, Ülviyyə Xalinbəyova iki il əvvəl sosial şəbəkədə etdiyi paylaşımda boşandıqlarını açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31