Son iki ildə neçə qeyri-yaşayış təyinatlı tikinti obyekti sənədləşdirilib?

Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanın tətbiq müddəti 2025-ci il yanvarın 1-i bitməli idi, lakin həmin fərmanın icra müddəti bir il də uzadıldı və 2025-ci il 31 dekabrda bitdi.

Olaylar.az xəbər verir ki, bu fikirləri bu gün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri Nigar Alimova "2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər"mövzusunda mətbuat konfransında sualları cavablayarkən deyib.

O vurğulayıb ki, dövlət tərəfindən qeyri-yaşayış obyektlərinin qeydiyyata alınmasına iki il yarım icazə verilib:

"Bu müddətdə Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə 40000-dən çox müraciət edilib. Həmin müraciətlərdən 5200-ü sənədləşib".

Qurum rəsmisi əlavə edib ki, müraciət edənlərin təxminən 30%-nin sənədi hazırdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31