Yolda sürət yarışı təşkil edən sürücülər saxlanıldı (VİDEO)
12:28 SosialYol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Olaylar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, 23 yanvar 2026-cı il tarixində Bakı-Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində X. Hümbətovun idarə etdiyi "Chevrolet Cobalt"markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R. Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil edilib, bu zaman yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılıb.
Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılıb və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
"Bir daha xatırladırıq ki, yollarda sürət yarışı və məsuliyyətsiz davranışlar ağır və geri dönməz nəticələrə səbəb ola bilər. Yol hərəkəti qaydalarına əməl edilməsi hər bir sürücünün birbaşa məsuliyyətidir.
Yollarda sürət yarışı təşkil edən, ictimai təhlükəsizliyi bilərəkdən təhdid edən bu kimi hallara qarşı bundan sonra da tərəfimizdən qətiyyətlə ən sərt hüquqi tədbirlərin tətbiqi davam etdiriləcəkdir", - deyə idarədən bildirilib.