Tbilisi prospektində təhlükəli dəyişiklik var

Paytaxtda Tbilisi prospektinin Bakıxanov körpüsü ilə kəsişdiyi hissədə yol hərəkətinin təşkili dəyişdirildikdən sonra sürücülər üçün problemli vəziyyət yaranıb.

Olaylar.az xəbər verir ki, məlumata görə, tətbiq olunan yeni nişanlanma avtomobilləri iki əsas hərəkət zolağını və avtobuslar üçün ayrılmış zolağı kəskin bucaq altında keçməyə məcbur edir ki, bu da təhlükəsizlik riskini artırır.

Bildirilir ki, İzmir parkı istiqamətində hərəkət edən sürücülər yol kənarında yerləşən maneələr səbəbindən sağ tərəfdən gələn nəqliyyat vasitələrini vaxtında görməkdə çətinlik çəkirlər. Kəsişmədən dərhal sonra yerləşən və işıqforla tənzimlənməyən piyada keçidi isə vəziyyəti daha da mürəkkəbləşdirir.

Eyni cür problemlərin "Nizami" metro stansiyası istiqamətində də müşahidə edildiyi vurğulanır. Yol nişanlarının kifayət qədər olmaması və hərəkət zolaqlarının dəqiq müəyyən edilməməsi sürücülərin manevr imkanlarını məhdudlaşdırır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31