Fevral ayında dünyada nələr baş verə bilər? Proqnoz
11:39 SosialAysel Sirius
Fevral ayı diqqətçəkən göy hadisələri ilə doludur, amma şübhəsiz ki, bu ayın, hətta ilin ən önəmli astroloji hadisəsi 17 fevralda Dolça bürcündə baş verəcək Günəş tutulmasıdır. Bu tutulma sabit ulduz təsirini daşıyır və məhz buna görə mesajı çox sərtdir. Fevral ayında yüksəklikdən yıxılmalara xüsusilə diqqət etmək lazımdır. Bu tutulma eyni zamanda bizi sonuna qədər getmək, dibini görmək, həddi aşmaq kimi mövzularda da ciddi şəkildə xəbərdarlıq edir. Şəxsi həyatımızda hansı addımın bizi hara aparacağını az-çox təxmin edə bilirik. Amma dünyanı idarə edən liderlər, güc sahibləri və sistemlər xaosu bir az daha qızışdırıb sonuna qədər getdikdə, bunun nəticələrini hesablamaq daha çətin olur və təəssüf ki, bu zaman daha çox adi insanlar zərər görür.
Bu səbəbdən böyük və radikal addımlar,
artıq gərgin olan vəziyyətlərin daha da qabarması, həddindən artıq reaksiyalar
daha çox gündəmə gələ bilər.
Dolça bürcündə Günəş tutulması, yanvarın sonundan etibarən hiss etdiyimiz bu xaosu daha da görünən edəcək.
Fevral ayı təbii fəlakətlər baxımından da riskli bir dövrə işarə edir. Astrokartoqrafik cəhətdən nəzər yetirdikdə,dağlıq ərazilər, habelə, Orta Şərq və Uzaq Şərq bölgəlsi üçün daha böyük hərəkətlilik ehtimalı xüsusilə vurğulamaq istəyirəm.
Astroloji cəhətdən İran xəritəsində Uran və Yeni Ayın tutulma ilə birlikdə olması böyük hərəkətlənmələrə, çökmələrə və hətta kütləvi köçlərə işarə edə bilər. Bunlar onsuz da gözlənilən proseslərdir, amma fevralda daha güclü və sarsıdıcı şəkildə baş verə bilər. Qısa olaraq bildirim ki, fevral ayı ilin əsas mövzusunu daşıyır.
Bu tutulma həm ilin ən önəmli astroloji hadisələrindən biri, həm də ayın açıq-aşkar ən güclü göy hadisəsidir.
Amma diqqət! 2 fevralda baş verən Dolunay da heç də yumşaq təsirli deyil.
Bu Dolunay insanı içdən-içə donduran,qəfil və sərt qopmaları gündəmə gətirə bilər. Xüsusilə də münasibətlərdə, iftiralara,qorxu ilə edilən yanlış addımlara qarşı çox diqqətli olmaq lazımdır.
Çox sayda təbii fəlakət təsirlərini xatırladan göstərgələr var. Xüsusilə xəritənin tam dib nöqtəsindəki Marsın və Günəşin vəziyyəti və Dolunayın tam zirvədən yandırıcı qarşıdurma yaratması açıq desəm bir az sərt görünür.
Bu səbəbdən 2 fevral, xüsusilə ±3 gün (yəni 30 yanvar-5 fevral arası) dövründə dünyada təbii fəlakətlər baxımından daha diqqətli olmağın faydalı olduğunu düşünürəm.
Ayın tam zirvədə, Günəşin isə ən aşağı nöqtədə yerləşdiyi bu xəritə bizə bunu göstərir...Bir çox ölkədə xalqın güc və qüdrət qazanması, insanların öz istəklərini, öz iradələrini daha güclü şəkildə ortaya qoyması anlamına gəlir. Xüsusilə hazırda bundan əziyyət çəkən Yaxın Şərq xalqları üçün bu enerji ümid edirəm ki, xalqın səsinin daha çox eşidiləcəyi bir prosesi aktivləşdirər. Dünyada ədalət mövzusu çox sürətli şəkildə yayılıb gündəmə gələ bilər. Xüsusilə önəmli şəxslər, yüksək mövqedə olan insanların təyyarə nasazlıqları, uçuşlarla bağlı problemləri gündəmə gələ bilər. Maraqlı şəkildə yüksəkdən yıxılma hadisələrinin də artmağa başladığını görə bilərik.
Ümumilikdə internet, texnologiya və ya aviasiya ilə bağlı qlobal miqyaslı problemlər yarana bilər.
Üsyanlar və azadlıq çağırışları Avropadan başlayaraq Yaxın Şərqə qədər uzanan, dünyanın bir çox yerində dalğavari yayılan bir üsyan fəryadına çevrilə bilər. Dünya doğrudan da ayağa qalxır.
Bundan başqa yanvarın sonundan etibarən, fevral ayını da əhatə edən çox sərt hava şəraitinə işarə edən göstəricilər var.
Münasibətlərə baxdığımız zaman isə xüsusilə 8 fevral - 15 fevral tarixləri üçün xəbərdarlıq etmək istəyirəm. Bu dövrdə münasibətlərin qəfil pozulması, ayrılıqlar,
araya girən üçüncü şəxslər gündəmə gələ bilər.
Xüsusilə:
27 fevral ±2 gün
2 fevral ±3 gün
17 fevral ±5 gün dövrləri təbii fəlakətlər baxımından daha çətin və sınaqlı ola bilər. Əslində bütün fevral ayına təsir edir, amma xüsusilə 17 fevral ətrafı daha diqqət tələb edir.
Habelə, dünyada önəmli şəxslərlə bağlı hücum xəbərləri, hətta sui-qəsd ehtimalları
gündəmə gələ bilər.
7 fevralda Neptun ilə Saturn Qoç bürcündə qovuşacaq. İndi bir az geriyə getsək, yəni 2025-ci ilin yaz-yay aylarına qayıdaq. O dövrdə nələr olmuşdu, bir xatırlayın.
13 may tarixində İrana hücum baş vermişdi
Yenə bu Neptun-Saturn qovuşumu zamanı bəzi sistemlərin çözüldüyünə, dağılmağa başladığına şahid olacağımız hadisələr yaşanacaq.
2025-in yaz və yay aylarında baş verən oxşar proseslər yenidən gündəmə gələcək.
Bu il artıq bir vaxtlar yalnız müharibə fraqmentlərin izlədiyimiz xəbərlərin, indi getdikcə daha aydın və real səhnələrlə qarşımıza çıxmağa başladığını görə bilərik. Zatən yanvar ayında Neptunun Qoç bürcünə keçidini yaşadıq. Və tam da 14 fevralda Satürn da Qoç bürcünə keçir.
Elə 14 fevralda, zamanın hakimi, karmanın lordu olan Saturnun başlanğıcların bürcü olan Qoça keçməsi, əslində bizim də yeni başlanğıclara addım atmaq, həvəs toplamaq və cəsarətlənmək gücümüzü artırmalıdır. Əgər sən cəsur zəhmətkeşsənsə, heç qorxmadan,
"mən bunu idarə edə bilərəm" enerjisi ilə o günə daxil ol və o gün bacardığın qədər yaxşılıq et. Kiminsə yarasına məlhəm olmağa, kiməsə kömək etməyə çalış. Əmin ol ki, fevral ayının 14-dən sonra göyüzü hər birimizə cəsarət enerjisi verəcək və sən də mütləq öz payına düşən o cəsarət enerjini qəbul et!!!