Metrodan istifadədən sonra kartların balansından bir neçə dəfə ödəniş tutulması iddialarına aydınlıq gətirildi

"BakıKart" tərəfindən tətbiq edilən ödəniş sistemi həm "bir dəfəlik keçid imkanı", həm də gecikdirilmiş avtorizasiya prinsiplərini əhatə edir. "Birdəfəlik keçid" funksiyası sayəsində kart balansı kifayət etmədiyi hallarda belə sərnişin metrodan istifadə edə bilər. Balans bərpa olunduqda ödəniş avtomatik tutulur.

Trend xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.

"Əlavə olaraq qeyd edək ki, bu funksiya ödəniş əməliyyatlarının çevik şəkildə, 1 saniyədən də az vaxtda aparılmasını təmin edir. Gecikdirilmiş avtorizasiya isə ödəniş əməliyyatlarının bank sistemlərinin yüklü olması səbəbindən birbaşa yox sonradan rəsmiləşdirilməsinə imkan verir. Məhz bu hal bəzən sərnişinlərdə elə təəssürat yaradır ki, metrodan istifadəyə görə ödəniş bir yox bir neçə dəfə tutulur".

RİNN rəsmisi bildirib ki, istənilən halda sərnişinlərin hər bir müraciəti əlaqə mərkəzimiz tərəfindən həm zəng həm də social media vasitəsi ilə qeydiyyata alınıb araşdırılır.

Əgər həqiqətən də yalnışlıq baş veribsə mütləq şəkildə sərnişinlərə artıq tutulmuş məbləğ geri qaytarılır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31