Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq
11:20 SosialAzərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub.Bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.
Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir.Ötən il Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf etmişdi.Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək.Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur. /Bizim.Media
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31