Bu il azad edilmiş ərazilərdə yeni avtobuslar istismara veriləcək

Bu il ərzində Naxçıvanda yeni elektrik avtobusların istismara verilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

"Bu il Naxçıvan Muxtar Respublikasında yeni avtobusların istismara verilməsi planlaşdırılır. Burada elektrik avtobuslarının istismara verilməsi nəzərdə tutulub", - nazir müavini deyib.

Qurum rəsmisi əlavə edib ki, həmçinin azad edilmiş ərazilərdə yeni avtobusların istismara veriləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31