"Ayda 20 min manatdan çox xərcləyirəm"

Müğənni Kəmalə Günəşli aylıq xərcləri ilə bağlı diqqətçəkən açıqlama verib.

Sənətçi verdiyi müsahibədə aylıq xərclərinin 20 min manatı keçdiyini bildirib. O, böyük məbləğdə pul xərcləməsinin səbəblərini də açıqlayaraq, bunu şəxsi dəbdəbə yox, əsasən sənətinə yatırımla əlaqələndirib:

"Aylıq xərclərim 20 min manatı keçir. Mən çox pul xərcləyənəm, amma pulu geyimə, reklama, ora-bura. Mən pul yığmıram".

Kəmalə Günəşli vurğulayıb ki, əsas xərcləri yaradıcılığı ilə bağlıdır. Onun sözlərinə görə, hər ay iki klip çəkdirir və bu da ciddi maliyyə tələb edir:

"Ayda iki klip çəkdirirəm. Kliplərin xərci 7-8 min manat təşkil edir".

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə geniş maraq doğurub.Milli/az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31