Azərbaycan cəmiyyətdə qadınlar bərabər tərəfdaş kimi qəbul edilir- ÖZƏL

"Güclü ailə və mədəni ənənələrə söykənən Azərbaycan cəmiyyətində qadınlar ailənin - cəmiyyətin ən kiçik vahidinin - formalaşmasında və dəyərlərin gələcək nəsillərə ötürülməsində daim mərkəzi rol oynayıb. Qadınlar cəmiyyətdə həmişə bərabər tərəfdaş kimi qəbul edilib və onun inkişafına həlledici təsir göstərib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib: "Müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəbin 1901-ci ildə Bakıda açılması və qadınlara 1918-ci ildə seçki hüququnun verilməsi bu yanaşmanı əks etdirir və Azərbaycan cəmiyyətində qadınların mühüm rolunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan qadınları siyasət, iqtisadiyyat, elm və təhsil, səhiyyə və digər sahələrdə fəal şəkildə təmsil olunurlar. Qadınlar qanunverici və icraedici hakimiyyət orqanlarında, məhkəmə sistemində və diplomatik fəaliyyətdə yüksək vəzifələr tutur. 2026-2028-ci illəri əhatə edən Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının qəbul edilib, Azərbaycan hökuməti tərəfindən bu sahədə ardıcıl şəkildə tədbirlər həyata keçirilir.  
Ötən çağırış Milli Məclisdə gender bərabərliyi və ailə siyasəti ilə bağlı 53 qanun layihəsi müzakirə edilib, 17 ictimai dinləmə keçirilib. İnstitusional səviyyədə gender bərabərliyi fəal şəkildə təşviq olunur və qadın deputatlar parlament komitələrinin əksəriyyətində təmsil olunaraq qanunvericilik müzakirələrində öz baxışlarının əks olunmasını təmin edirlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31