Yarımçıq tikilisi olan vətəndaşın pulu necə qorunacaq? - AÇIQLAMA
12:04 SosialPaytaxtda elə tikililər var ki, nə binadır, nə də xarabaxanadır. İnşaası yarımçıq saxlanılan kifayət qədər tikililər var.
Şəhərin görüntüsünə zərər verən bu tikililərin aqibəti necə olacaq?
Milli.Az xəbər verir ki, sözügedən problemlə bağlı deputat Razi Nurullayev təklif edib ki, belə hallarla rastlaşmamaq üçün tikinti şirkətləri vətəndaşa sığorta təminatı verməlidirlər:
"Vəsaitlər birbaşa MTK-ya yox, açılan depozit hesabına köçürülür və pul da oradan yalnız tikinti mərhələlərinə uyğun olaraq bank hesabından pulların çıxarılmasına icazə verilir. İstənilən halda vətəndaşın hüquqlarının qorunması üçün onların evlərindən məhrum olmaması üçün pulların dövlət zəmanətinə alınması çox vacibdir. Əgər tikinti yarımçıq qalarsa, vətəndaş ən azından öz pulunu ala bilsin".
Mövzu ilə bağlı əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, tikinti işlərini aparacaq şirkətdən bank zəmanəti tələb olunur ki, bu zaman bütün işləri görəcək bütün layihəni dəyərləndirir:
"Onun bəlli hissəsi isə inşaat şirkəti tərəfindən banka depozit olaraq qoyulur və həmin bank tikinti şirkətlərinə aidiyyatı qurumları təqdim etmək üçün bank zəmanəti adlı məktub verir. Məqsəd ondan ibarətdir ki, gələcəkdə həmin tikinti şirkəti iflasa uğrasa, və ya işləri davam etdirə bilməsə tikinti şirkətinin bank hesabında olan depozit hesabına tikinti davam etdirilə bilsin".