Doğum günün mübarək, USTAD! Var olun, Cahangir müəllim!
18:12 SosialOnu sevməyən yoxdu. Hər kəs üçün bir cür sevimlidi. Hər kəs üçün bir cür əziz... O bizə- jurnalistikanı özünə ömür yolu biçənlərə həm müəllim, həm dost, həm də sirdaş oldu. O bizə yazmağı, sözü sevdirdi.. O bizə sevməyi öyrətdi...vətəni, dövləti, milləti...və bir oxumağı, kitabı sevdirdi. Deyir ki, məsələn təyyarədə qəzet və ya kitab oxumadan iki saatlıq yolu necə başa vurmaq olar? Bir də deyir ki, jurnalistika sizdən cavanlığınızı, gözəlliyinizi, qamətinizi alacaq. Razısınızsa, bu peşəyə gəlin! Bu gün dəyərli müəllimimiz, hamımızın sevimlisi, BDU Jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin doğum günüdür.Özü də, sözü də, hətta hirslənməyi belə şirin insan! Dəyərli USTAD! Ömrünüz bol olsun! Doğum gününüz mübarək, əziz müəllimimiz! Səsiniz həmişə gur gəlsin! Var olun! Var olun ki, tələbələrinizin söykənəcəyi YER olsun! Və hər şeyə görə sağ olun!
Olaylar.az