Əlverişsiz havaya görə Bakı–Gəncə reysi ehtiyat hava limanına yönləndirildi

"UTair" aviaşirkətinə məxsus Bakı-Gəncə istiqamətində həyata keçirilən UTA-743 saylı reys, təyinat məntəqəsində müşahidə olunan əlverişsiz hava şəraiti - duman səbəbindən hava gəmisinin kapitanının qərarı ilə ehtiyat hava limanı olaraq Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirilib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Boeing 737 tipli hava gəmisi yerli vaxtla saat 11:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna təhlükəsiz eniş edib.

Sərnişinlərin və uçuşun təhlükəsizliyi prioritet olaraq təmin olunub. Uçuşun davamı ilə bağlı qərar hava şəraitindən asılı olaraq "UTair" aviaşirkəti tərəfindən veriləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportu tərəfindən bütün zəruri əməliyyat prosedurları operativ şəkildə icra olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31