Somalidən Azərbaycana ət məhsulları gətirilir?- AÇIQLAMA

Somalidən Azərbaycana satış məqsədilə heç vaxt ət məhsulları gətirilməyib.

Trend xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə heyətinin sədri Əli Nəbiyev 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, yalnız Həcc ziyarəti zamanı Səudiyyə Ərəbistanına müxtəlif ölkələrdən ət məhsulları gətirilir:

Səudiyyə Ərəbistanı səfirliyinin dəstəyi ilə ötən il ölkəmizə qeyri-kommersiya məqsədilə 45 tona yaxın ət məhsulu gətirilib. O qeyd edib ki, bu ət məhsulları qurban ətləri olub və ölkəyə humanitar məqsədlə gətirilib".

Qeyd edək ki, son dövrlər mediada Somalidən Azərbaycana ət gətirildiyi barədə xəbərlər yayılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31