Ötən ilin direktorların işə qəbulu üzrə müsahibə mərhələsinin nəticələri elan edilib
20:47 Sosial2025-ci ildə keçirilmiş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan edilib.
Olaylar.az xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilir ki, ötən ilin 17-18 iyul tarixlərində müsahibə mərhələsi təşkil olunan direktorların işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb. Həmin mərhələdə iştirak edən 389 nəfər namizəd müsabiqə qaydaları ilə müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilib və 131 nəfərin direktor vəzifəsinə təyin edilməsi ilə bağlı müsbət rəy verilib.
Müsahibə mərhələsində iştirak edən bütün namizədlərin şəxsi səhifələrinə nəticələrlə bağlı məlumat göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31