Əziz Yıldırımın bu görüntüləri gündəm oldu: 100 minlik geyimi DİQQƏT ÇƏKDİ - FOTO
19:48 Sosial"Fənərbağça" klubunun sabiq prezidenti, iş adamı Əziz Yıldırımın Bursa səfəri zamanı kabab restoranında çəkilən fotoları sosial mediada geniş müzakirələrə səbəb olub.
Olaylar.az "Haberler.com" portalına istinadən xəbər verir ki, Bursada səfərdə olan Əziz Yıldırım yemək fasiləsi zamanı şəhərin simvolu sayılan Bursa kababını dadmaq üçün sadə bir restorana baş çəkib.
Həmin anlar vətəndaşların kameralarına düşüb və görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb.
Paylaşılan fotolarda ən çox diqqət çəkən məqam Yıldırımın geyim seçimi olub. Sadə görünüşünə baxmayaraq, üzərindəki pencək və ayaqqabıların ümumi dəyərinin 100 min TL-dən çox olduğu iddia edilir.
Məlumata görə, Yıldırımın geyindiyi məşhur brendə məxsus pencəyin qiyməti 49 min 975 TL təşkil edir. Geyimi tamamlayan lüks çəkmələrin isə təxminən 990 avro, yəni 50 min 195 TL dəyərində olduğu bildirilir.
Ümumi dəyəri 100 min TL-ni keçən bu geyim kombinasiyası sosial mediada minlərlə paylaşım və şərh toplayaraq maqazin gündəminin əsas mövzularından birinə çevrilib.
![]()