Yeni lüğətimizdə nə qədər söz olacaq?

Cənab Prezidentin həm Elmlər Akademiyasının yubileyindəki çıxışında, həm də yerli televiziyalara verdiyi müsahibələrdən sonra dilə münasibət baxımından inqilabi dəyişikliklər baş verib.

Bu fikirləri Trend-ə açıqlamasında Əməkdar elm xadimi, akademik Nizami Cəfərov bildirib.

O, qeyd edib ki, dilçilərimiz çalışırlar ki, deyilən tövsiyələri yerinə yetirsinlər.

"Orfoqrafiya lüğətinə həqiqətən də ehtiyacımız var. İndi əlimizdə xeyli material var ki, daha münasib orfoqrafiya lüğəti hazırlaya bilək. Yeni orfoqrafiya lüğətinin hazırlanmasında həm də süni intellekt texnologiyasında istifadə edilir. Çünki dilin lüğət korpusu bütünlüklə hesablanmalıdır. Azərbaycan dilində nə qədər söz varsa, onları bir yerdə toplaya bilsək, təxminən yarım milyonadək söz edəcək. Yarım milyon sözün orfoqrafiya lüğətində yüz minə qədəri əksini tapsa yaxşı olar".

Akademik vurğulayıb ki, əslində, əsas məsələ orfoqrafiya lüğətinin tərtib edilməsi deyil, orfoqrafiya qaydalarının normal olmasıdır.

"Orfoqrafiya qaydalarındakı bəzi problemlər həll olunub dəqiqləşəcəksə, lüğəti istənilən ziyalı, dillə bağlı qurum tərtib edə bilər".

Dilçi alim həmçinin qeyd edib ki, terminologiya sahəsində ciddi problemlərimizin olduğunu düşünmür.

"Azərbaycanda terminologiya ilə məşğul olan yaxşı mütəxəssislərimiz var. Hər bir terminologiyanı həmin sahənin mütəxəssisləri hazırlayır", -deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31