Azərbaycanda kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb
15:51 Sosialİnternet resurslarının real vaxt rejimində monitorinqi də davam etdirilərək dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954 sayt, sosial şəbəkə hesabı və səhifə bloklanıb.
Bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.
Hesabata görə, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1.131, ümumilikdə 3.315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31