Mətbuat Şurasında maraqlı görüş

Rəşad Məcid CASCFEN-in gənc üzvlərinə öz tövsiyələrini verib

Yanvarın 22-də "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" İctimai Birliyinin (CASCFEN) sədri Nadir Azəri və CASCFEN-in bir qrup gənc üzvü Azərbaycan Mətbuat Şurasını ziyarət edib. 

Bu barədə CASCFEN-in Mətbuat xidmətindən   məlumat verilib.

Məlumata görə, ziyarət zamanı Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcidlə görüşən heyət CASCFEN-in fəaliyyəti və gələcək planları barədə məlumat verib. Diqqətə çatdırılıb ki, CASCFEN yeni dönəmdəki fəaliyyətində daha çox gənc və fəal şəxslərin irəli çəkilməsinə, onlara geniş meydan ayrılmasına üstünlük verəcək. 

Rəşad Məcid isə öz növbəsində gənc heyətlə tanışlıqdan məmnunluğunu ifadə edib, özünün bir müddət Azərbaycan Yazıcılar Birliyinin gənclərlə iş üzrə katibi olarkən gənclərlə bağlı həyata keçirilən layihələrdən bəhs edib. O, eyni zamanda rəhbərlik etdiyi "525-ci qəzet"in  gənclər üçün doğma bir məkan olduğunu deyib.

CASCFEN-in gənclərlə işə, gənc fəallara geniş meydan yaradılamasına xüsusi önəm verməsini təqdir edən Rəşad Məcid gənclərə öz tövsiyələrini də verib.

Sonda xatirə şəkli çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31