Atatürk Mərkəzində yazıçı və tədqiqatçı Yunus Oğuzun "TÜRK etnonimi və törələri" adlı kitabının təqdimat mərasimi keçirilib.
Trend xəbər verir ki, tədbirdə ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edərək kitabın elmi əhəmiyyətindən, türk etnoniminin tarixi köklərindən və terminoloji inkişafından bəhs ediblər.
Yazıçı Yunus Oğuz Trend-ə açıqlamasında bildirib ki, əsərdə sovet dövründə məqsədli şəkildə formalaşdırılmış və 9-11-ci əsrlərdə türklərin Avropaya guya sonradan gəldiyini, orada qalan mədəni irsin isə türk mənşəli olmadığını iddia edən yanaşmalar elmi sübutlarla təkzib olunur.
O əlavə edib ki, türkün vətəni yalnız məhdud coğrafiya ilə izah edilə bilməz, Avrasiya və Anadolu türkün tarixi-mədəni məkanlarıdır:
Yazıçı qeyd edib ki, zamanla unudulmuş bu hüquqi və mənəvi dəyərlərin yenidən gündəmə gətirilməsi təsadüfi deyil. Çünki həmin törələr türk toplumlarının dövlətçilik ənənəsini, milli mədəniyyətini və mənəvi dünyasını formalaşdıran əsas sütunlardır. "TÜRK etnonimi və törələri" kitabı bu baxımdan yalnız keçmişə baxış deyil, həm də gələcək üçün milli-mənəvi yol xəritəsi kimi çıxış edir.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)