Bakı 24 saylı mediasiya təşkilatının ictimai təqdimat mərasimi keçirilib

22 yanvar 2026-cı il tarixində keçirilən Bakı 24 saylı mediasiya təşkilatının ictimai təqdimatı keçirilib. "Olaylar" xəbər verir ki, təqdimatda Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, sədrin müşaviri Əli Fərzəliyev, Mediasiya Şurası İntizam Komissiyasının üzvü Venera Əsgərova, Bakı 24 saylı mediasiya təşkilatının direktoru Ülkər Zülfüqarova, Sabirabad 1 saylı Mediasiya Təşkilatının direktoru Musa Ramazanov, Bakı 6 saylı Mediasiya Təşkilatının təsisçisi Fərid İmanov, Bakı 20 saylı Mediasiya Təşkilatının direktoru Nicat İsmayılov, Bakı 25 saylı Mediasiya Təşkilatının təsisçisi Tural Məmmədov, Bakı 28 saylı mediasiya təşkilatının direktoru Cavid Cəfərov, Abşeron 2 Saylı Mediasiya Təşkilatının direktoru Rüstəm Məhərrəmov və mediatorlar iştirak edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov çıxışı zamanı mediasiyanın inkişaf yolundan, mediasiya təşkilatlarının vətəndaş məmnunluğunun təmin edilməsindəki rolundan söz açıb və Mediasiya Şurasının 2025-ci ilin uğurlu nəticələrini nəzərə çatdırıb.
Sonda Bakı 24 saylı mediasiya təşkilatının direktoru Ülkər Zülfüqarova qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31