Vitamin D immunitetin “kralı” çıxdı — alimlərdən mühüm tapıntı

Son elmi araşdırmalar göstərir ki, vitamin D immun sistemində düşündüyümüzdən qat-qat daha güclü rol oynayır.

Musavat.com xəbər verir ki, tədqiqatçılar bu vitaminin antivirus təsirə malik olduğunu və virusların ağciyərlərə daxil olmasının qarşısını almaqda mühüm rol oynadığını müəyyən ediblər. Vitamin D tənəffüs yolu infeksiyalarına yoluxma riskini də əhəmiyyətli dərəcədə azaldır.

Araşdırmaya görə, vitamin D immun hüceyrələrində yerləşən nüvə reseptorları ilə qarşılıqlı əlaqəyə girir, nəticədə genlərin ekspressiyası dəyişir və viruslara qarşı qoruyucu zülalların sintezi artır. Məhz bu mexanizm sayəsində orqanizmin müdafiə sistemi daha çevik və təsirli işləyir.

Vitamin D-ni nə vaxt və nə qədər qəbul etmək lazımdır?

Mütəxəssislər xüsusilə payız və qış aylarında vitamin D qəbulunun vacib olduğunu vurğulayırlar. Bu dövrdə bronxit və digər tənəffüs yolu infeksiyalarının yayılması maksimum həddə çatır.

Sağlamlığın qorunması üçün gündəlik ehtiyac 10 mikroqram (təxminən 400 IU) vitamin D hesab olunur. Bu miqdar immun sisteminin normal fəaliyyəti üçün kifayət sayılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31