"Müğənni həmkarım olan rəfiqəm ərimi əlimdən ALDI"
18:26 SosialMüğənni Sevinc Ağaşirinova ilə bağlı canlı efirdə səsləndirilən açıqlamalar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, uzun müddətdir solo karyerasına fasilə verən və həyat yoldaşı ilə birlikdə İstanbula köçən sənətçinin susqunluğunun səbəbi ilə bağlı yeni iddialar ortaya atılıb.
"Tarixin Bir Günü" verilişində səsləndirilən fikirlərə görə, Sevinc Ağaşirinovanın ailə həyatının bitməsinə yaxın çevrəsindən olan bir müğənni həmkarının müdaxiləsi səbəb olub. Bildirilib ki, sözügedən şəxs sənətçinin həyat yoldaşı ilə münasibət qurub və bu da ayrılığa gətirib çıxarıb.
Qalmaqallı iddia proqramın qonağı aktrisa Sonaxanım Əliyeva və aparıcı Tolik tərəfindən səsləndirilib. Canlı efirdə deyilən bu sözlər qısa zamanda sosial mediada yayılaraq ciddi müzakirələr yaradıb