Azərbaycanda YENİLİK - Robotik əməliyyatlar NEÇƏYƏ OLACAQ?

Robotik cərrahi əməliyyaların qiyməti ənənəvi əməliyyatlardan baha olacaq.

Bunu Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri, Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasından danışarkən bildirib.

Onun sözlərinə görə, istənilən qarın boşluğu əməliyyatını robotik cərrahiyyə vasitəsilə icra etmək mümkündür:

"Robotik cərrahiyyə dünyada artıq 20-25 ildir tətbiq olunur. Lakin bu günədək Azərbaycana həmin robot gətirilməmişdi, çünki satış şirkəti ölkəmizi siyahıya daxil etməmişdi. Yeni robotik cərrahiyyə şirkətinin Azərbaycanı satış siyahısına daxil etməsi nəticəsində artıq bu əməliyyatları aparmaq imkanımız yaranıb".

O bildirib ki, robotik cərrahi əməliyyatların qiyməti ənənəvi əməliyyatlarla müqayisədə daha yüksək olacaq. Bunun səbəbi isə sistemin yüksək maliyyətli olmasıdır və bu baxımdan qiymət fərqi qaçılmazdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31