Azərbaycanda qripə yoluxma halları artdı - TƏBİB

Ölkədə hazırda qrip virusunun həddən artıq yayılması müşahidə olunur.

Trend xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasına dair brifinqdə jurnalistlərin suallarını cavabandırarkən bildirib.

Onun sözlərinə görə, qrip ştammı daim dəyişən viruslardandır:

"Qripdən ən yaxşı müdafiə vaksinasiyadır. Hazırda təcili yardıma qriplə bağlı müraciətlər çoxalıb. Çox ağırlaşan xəstələrimiz olmayıb. Əsasən uşaqları stasionar müalicəyə cəlb edirik. Ağırlaşma və ya ölüm halları baş verməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31