Robotik cərrahiyyə sistemi Gəncədə olan cərrahın Bakıda əməliyyat aparmasına, eləcə də əksinə imkan verəcək - Eldar Əhmədov
16:52 SosialYeni Klinikada ilk dəfə 22 yaşlı gənc üzərində robotik xolestemiya əməliyyatı icra olunub.
Trend xəbər verir ki, bunu Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri, Yeni Klinikanın direktor müavini Eldar Əhmədov bu gün Yeni Klinikada ilk dəfə robotik cərrahi əməliyyatın icra olunmasına dair brifinqdə bildirib.
Onun sözlərinə görə, yüksək texnologiya, əməliyyat sahəsinin 10-12 dəfə böyüdülməsi, həkimin rahat işləməsi üçün böyük imkanlar yaradır:
"Bu sistem vasitəsilə Gəncədə olan cərrahın Bakıda əməliyyat aparmasına, eləcə də əksinə imkan verəcək. Bu gün əməliyyat təxminən bir saat davam etdi. Hazırda xəstə özünü yaxşı hiss edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31