Milli Məclisdə vərəmlə mübarizə müzakirə ediləcək

Milli Məclisdə vərəmlə mübarizə mövzusunda müzakirələr keçiriləcək.

Bu məsələ Milli Məclisin Səhiyyə komitəsinin 2026-cı il yaz sessiyası üçün İş Planına daxil edilib.

Belə ki, yaz sessiyasında komitədə "Azərbaycanda vərəmlə mübarizə: mövcud vəziyyət, problemlər və onların həlli yolları" mövzusuna dair ictimai dinləmənin keçirilməsi planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31