Sürücülər bu əraziyə işıqfor quraşdırılmasını tələb edir

Sumqayıt şəhərində sürücülər "Gold Qayalı" marketinin qarşısında işıqfor quraşdırılmasını tələb edirlər.

Sözügedən ərazidə işıqforun olmaması tez-tez tıxacların yaranmasına səbəb olur.

Belə ki, ətrafda bir neçə marketin yerləşməsi səbəbindən günün əksər saatlarında burada nəqliyyat axını yüksək olur. Bu isə xüsusilə pik saatlarda sıxlığın artmasına gətirib çıxarır.

Sürücülər və sakinlər yol hərəkətinin təhlükəsizliyinin təmin olunması üçün ərazidə işıqforun quraşdırılmasının vacib olduğunu vurğulayır və aidiyyəti qurumlardan məsələ ilə bağlı tədbir görülməsini xahiş edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31