Qrup diet proqramlarından istifadə edənlərə XƏBƏRDARLIQ

"Qrup diyet proqramları son illərdə geniş yayılmış və xüsusilə sosial şəbəkələr, fitnes mərkəzləri və onlayn platformalar vasitəsilə populyarlıq qazanıb".

Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb.

Onun sözlərinə göə bu proqramların əsas məqsədi insanların eyni qida rejiminə əməl etməklə, çəkilərinin azalması və ya sağlam həyat tərzinə keçidini təmin etməkdir:

"Qrup daxilində motivasiya və nəzarət hissi bəzi insanlar üçün müsbət təsir göstərsə də, elmi baxımdan bu cür standartlaşdırılmış yanaşmalar hər bir fərd üçün təhlükəsiz və uyğun hesab edilə bilməz. İnsan orqanizmi fərdi xüsusiyyətlərə malik mürəkkəb bir sistemdir. Yaş, cins, genetik faktorlar, maddələr mübadiləsinin sürəti, fiziki aktivlik səviyyəsi, hormonal vəziyyət və mövcud xroniki xəstəliklər gündəlik qida ehtiyacını müəyyən edən əsas amillərdir. Qrup diet proqramlarında isə adətən bu fərdi fərqlər nəzərə alınmır və hamı üçün eyni kalorili, eyni tərkibli qida planı tətbiq olunur".

Mütəxəssis-ekspert bildirib ki, nəticədə bəzi insanlarda enerji çatışmazlığı, protein defisiti, eləcə də vitamin və mineral yetərsizliyi inkişaf edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31